satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted" "Çelsi"nin futbolçusu ilə şəxsi razılıq əldə edib

"Mançester Yunayted" "Çelsi"nin futbolçusu ilə şəxsi razılıq əldə edib

İngiltərənin "Mançester Yunayted" klubu "Çelsi"nin futbolçusu Meyson Mauntla şəxsi razılıq əldə edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, "qırmızı şeytanlar" 24 yaşlı yarımmüdafiəçi üçün London təmsilçisinə yenidən təklif göndərəcək. İngiltərəli oyunçu "zadəganlar"la müqaviləni yeniləmək istəmir. Bu transferin 60-65 milyon funt sterlinqə gerçəkləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2017-ci ildə "Çelsi"nin əsas komandasına cəlb edilən Meyson Maunt 2017/2018 mövsümündə icarə əsasında Niderlandda "Vitesse"nin, 2018/2019 mövsümündə İngiltərədə "Derbi"nin formasını geyinib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM