satellite   Azerspace-1: 11135 H 30000

"Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Real Madrid" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb

İspaniyanın "Real Madrid" klubu futbolçusu Naço Fernandeslə müqavilənin müddətini uzadıb.

Naxçıvan televiziyası Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, "Real Madrid"in yetirməsi olan Naço Fernandes 2011-ci ildən əsas komandadadır. O, bu müddət ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 3 dəfə La Liqanın, 5 dəfə klublararası dünya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun qalibi olub.

"Kral klubu" daha əvvəl Toni Kroosun müqaviləsinin müddətini artırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM