satellite   Azerspace-1: 11135 H 30000

III Avropa Oyunları: Karateçimiz Fidan Teymurova ilk qələbəsini qazanıb

III Avropa Oyunları: Karateçimiz Fidan Teymurova ilk qələbəsini qazanıb

Azərbaycan karateçisi Fidan Teymurova Polşada keçirilən III Avropa Oyunlarında ilk qələbəsini qazanıb.

Naxçıvan televiziyası xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz təsnifat mərhələsinin A qrupunda ikinci döyüşündə Almaniya təmsilçisi Şara Vinnidin Hubrixə qalib gəlib.

İlk döyüşdə İtaliya idmançısı Erminiya Perfettoya məğlub olan karateçimiz qrupda sonuncu görüşünü türk Serab Özçelikə qarşı keçirəcək.

İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında Bakı-2015-də 2-ci, Minsk-2019-da 10-cu yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM