satellite   Azerspace-1: 11135 H 30000

KİV: Mbappe 250 milyon avroya PSJ-dən “Real Madrid”ə keçəcək

KİV: Mbappe 250 milyon avroya PSJ-dən “Real Madrid”ə keçəcək

Fransanın PSJ futbol komandasının hücumçusu Kilian Mbappe yayda "Real Madrid"ə keçəcək.

Naxçıvan televiziyası “PSJ Community”yə istinadən xəbər verir ki, klublar fransalı futbolçunu cari yay transfer pəncərəsinə transfer etmək üçün razılığa gəliblər. Madrid klubu parislilərə 250 milyon avro ödəyəcək ki, bunun da 50 avrosu bonusdur.

PSJ rəhbərliyi Mbappeyə ultimatum verib: ya müqaviləni uzadacaq, ya da komandadan ayrılacaq.

Artıq bir neçə ildir ki, mətbuatda Mbappenin PSJ-dən ayrılacağı barədə məlumatlar yayılır. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatacaq.

İyunun əvvəlində Mbappe Paris klubu ilə müqaviləni yeniləməkdən imtina edib. Məlumata görə, klub artıq fransalı futbolçunu satışa çıxarıb, lakin “Real Madrid”lə razılaşmaq niyyətində deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM