satellite   Azerspace-1: 11135 H 30000

“Zenit” – “Neftçi” matçının hakimləri müəyyənləşib

“Zenit” – “Neftçi” matçının hakimləri müəyyənləşib

Rusiyada təşkil olunacaq “PARI Premyer” turnirinin ilk turunda keçiriləcək “Zenit” – “Neftçi” matçının hakimləri müəyyənləşib.

Naxçıvan televiziyası xəbər verir ki, iyulun 1-də baş tutacaq görüşü yerli briqada idarə edəcək.

Matçın baş hakimi 36 yaşlı Artyom Çistyakovdur. Ona Aleksey Şiryayev və Vladislav Nazarov köməklik göstərəcəklər. Oyunun VAR hakimi isə Sergey Çıqankov olacaq.

Qeyd edək ki, “Qazprom Arena”da keçiriləcək “Zenit” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Azərbaycan təmsilçisi iyulun 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM