satellite   Azerspace-1: 11135 H 30000

Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu yarışı medalsız bitirib

Böyük Dəbilqə: Azərbaycanın üç cüdoçusu yarışı medalsız bitirib

Azərbaycanın üç cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqəni başa vurub.

Naxçıvan televiziyası-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançılardan Nurlan Osmanov təsəlliverici görüşdə Vallteri Olinə (Finlandiya), İbrahim Əliyev eyni raundda yerli cüdoçu Erdenebayar Batzayaya uduzub.

81 kq-dakı Zelim Kotsoyev ilk dueldə Conqhun Vona (Cənubi Koreya) yenilərək mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. Böyük Dəbilqə iyunun 25-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM