satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın daha bir boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu Avropa Oyunlarına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarına qələbə ilə başlayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, 80 kq-da çıxış edən yığma üzvü 1/16 finalda almaniyalı Kevin Şumannla qarşılaşıb.

Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçu 3-cü hissədə tam üstünlüklə qalib gəlib.

O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.

54 kq-da çıxış edən Zeynəb Rəhimova isə 1/16 finalda rumıniyalı Lenuta Periyoça uduzaraq, yarışla erkən vidalaşıb.

Axşam seansında Azərbaycanın daha 1 boksçusu mübarizəyə qoşulacaq. 92 kq-da yer alan Alfonso Dominges israilli Yan Zakla münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) 1/8 finala yüksəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM