satellite   Azerspace-1: 11135 H 30000

Messinin yeni klubunda ictimaiyyətə təqdim olunacağı vaxt müəyyənləşib

Messinin yeni klubunda ictimaiyyətə təqdim olunacağı vaxt müəyyənləşib

Argentina millisinin futbolçusu Lionel Messi və İspaniya yığmasının sabiq üzvü Serxio Busketsin ABŞ-ın "İnter Mayami" klubunda təqdim olunacağı vaxt müəyyənləşib.

Naxçıvan televiziyası "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, hər iki oyunçunun təqdimat mərasimi iyulun 16-da olacaq.

MLS təmsilçisi futbolçuların transferindən maksimum yararlanmağa hazırlaşır. Bu səbəbdən ev oyunlarını keçirdikləri stadionda oturacaqların sayının artırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, Lionel Messi "İnter Mayami"yə Fransanın PSJ klubundan, Buskets isə İspaniya "Barselona"sından keçib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM