satellite   Azerspace-1: 11135 H 30000

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionu olub

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionu olub

İyunun 25-də Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıblar. Bu, Avropa çempionatlarının komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi tarixə düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan komandası ilk görüşdə Niderland yığmasını 4:1, ikinci görüşdə Almaniya millisini 4:2, yarımfinalda isə İtaliya seçməsini 4:2 hesabı ilə məğlub edib.

Cüdoçularımızın final görüşündə rəqibi Fransa komandası olub. İdmançılarımız Fransa yığmasına 4:3 hesabı ilə qalib gələrək yarışın qızıl medallarını və kubokunu qazanıblar.

Millimiz, həmçinin fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla, 9 mükafat qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci, qızlar arasında isə dördüncü yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM