satellite   Azerspace-1: 11135 H 30000

"Qalatasaray" dünya çempionu ilə anlaşıb

"Qalatasaray" dünya çempionu ilə anlaşıb

Türkiyənin "Qalatasaray"  klubu heyətini yeni futbolçu ilə gücləndirir.

Naxçıvan televiziyası "Corriere dello Sport"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa PSJ-sində çıxış edən Leandro Paredeslə anlaşıb.

Keçid gerçəkləşsə, "sarı-qırmızılar"ın Lukas Torreyranı İtaliyanın "Latsio" klubuna sata biləcəyi bildirilir.

Qeyd edək ki, Leandro Paredes son olaraq icarə əsasında "Yuventus"un formasını geyinib. Argentina millisinin üzvü ötən il Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM