satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Qarabağ"ın ilk oyununun hakimləri müəyyənləşib

Çempionlar Liqası: "Qarabağ"ın ilk oyununun hakimləri müəyyənləşib

Cəbəllütariqdə "Linkoln" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.

Naxçıvan televiziyası-ın məlumatına görə, qarşılaşma Latviyadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Vitalijs Spasjonnikovsa laynsmanlar qismində Raymonds Tatriks və Arturs Sakurovs köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını isə Aleksandrs Anufrijevs yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də "Viktoriya" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM