satellite   Azerspace-1: 11135 H 30000

Avropa Oyunları: Azərbaycan medal sıralamasında daha 2 pillə geriləyib

Avropa Oyunları: Azərbaycan medal sıralamasında daha 2 pillə geriləyib

Polşada keçirilən III Avropa Oyunlarının səkkizinci günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Naxçıvan televiziyası-ın məlumatına görə, ölkə 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada daha iki pillə geriləyərək, 24-cü sıraya enib.

İlk “üçlük”də isə dəyişiklik baş verməyib. Medal əyarına görə sıralamaya İtaliya (19 qızıl, 19 gümüş, 25 bürünc) başçılıq edir. İspaniya (18 qızıl, 11 gümüş, 14 bürünc) ikinci pillədəki yerini qoruyub. Ukrayna isə (17 qızıl, 10 gümüş, 7 bürünc) 3-cü yerdə qalıb.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM