satellite   Azerspace-1: 11135 H 30000

III Avropa Oyunları: Kişi sablyaçılarımız medallar uğrunda mübarizəni dayandırıblar

III Avropa Oyunları: Kişi sablyaçılarımız medallar uğrunda mübarizəni dayandırıblar

Polşada keçirilən III Avropa Oyunlarının qılıncoynatma yarışları davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, kişi sablyaçılarımız komanda yarışlarında mübarizəyə qoşulublar. Yığmamız səkkizdəbir finalda Macarıstanla qarşılaşıb. Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlinin yer aldığı komanda 25:45 hesabı ilə uduzub.

Bununla da yığmamız medallar uğrunda mübarizəni dayandırıb. Sablyaçılarımız 9-16-cı yerlər uğrunda yarışacaqlar.

Qeyd edək ki, Oyunların geridə qalan yeddi günündə Azərbaycan 8 medal qazanıb. Bunlardan 2-si qızıl, 1-i gümüş, 5-i bürüncdür. Karateçilərimiz 2 qızıl və 1 bürünc, taekvondoçularımız 1 gümüş və 1 bürünc, muaytayçılarımız 3 bürünc medala sahib olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM