satellite   Azerspace-1: 11135 H 30000

Avropa Oyunları: Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib

Avropa Oyunları: Azərbaycanın medal sıralamasındakı mövqeyi dəyişməyib

Polşada keçirilən III Avropa Oyunlarının onuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan 2 qızıl, 1 gümüş və 5 bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.

İlk “üçlük”də isə növbəti dəfə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (22 qızıl, 22 gümüş, 27 bürünc) başçılıq edir. İspaniya (19 qızıl, 13 gümüş, 15 bürünc) yenidən ikinci pilləyə yüksəlib. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) üçüncü sıraya geriləyib.

İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM