satellite   Azerspace-1: 11135 H 30000

Modriç yalan ifadə verməkdə ittiham edilib

Modriç yalan ifadə verməkdə ittiham edilib

Osiyek şəhər prokurorluğu İspaniyanın “Real Madrid” futbol klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç və Fransanın “Lion” klubunun xorvatiyalı müdafiəçisi Deyan Lovreni yalan ifadə verməkdə ittiham edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Xorvatiyanın “Hina” agentliyi məlumat yayıb.

Modriç və Lovren 2017-ci ildə Zaqrebin “Dinamo” futbol klubunun keçmiş prezidenti Zdravko Mamiçə qarşı açılan cinayət işində yalan şahidlikdə ittiham olunurlar.

Mamiç “Dinamo”nun oyunçuları xarici komandalara keçərkən vergidən yayınmaqda və 15 milyon avrodan çox pul mənimsəməkdə ittiham olunurdu. Nəticədə Mamiç 6,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci ildə Modriç və Lovren artıq yalan ifadə verməkdə ittiham olunsa da, 2018-ci ildə Zaqreb məhkəməsi futbolçulara bəraət qazandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM