satellite   Azerspace-1: 11135 H 30000

Boksçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Boksçumuz “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən III Avropa Oyunlarının finalına yüksəlib.

Naxçıvan televiziyası xəbər verir ki, 92 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən dünya çempionatının mükafatçısı finala gedən yolda Nelvi Ram Tiafakla (Almaniya) gücünü sınayıb.

Görüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. M.Abdullayev rəqibini 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə məğlub edərək, çempionluq şansını davam etdirib.

O, finala çıxmaqla özü üçün “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyanı da rəsmiləşdirib. Bu, boksçularımızın Fransada təşkil olunacaq Olimpiadaya ikinci vəsiqəsi olub. Ondan əvvəl Murad Allahverdiyev (80 kq) bu uğura yiyələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM