satellite   Azerspace-1: 11135 H 30000

III Avropa Oyunları: Kikboksçumuz Fərid Ağamoğlanov finala yüksəlib

III Avropa Oyunları: Kikboksçumuz Fərid Ağamoğlanov finala yüksəlib

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada keçirilən III Avropa Oyunlarının finalına yüksəlib.

Naxçıvan televiziyası xəbər verir ki, yarışda 63,5 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Norveç təmsilçisi Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Full kontakt növündə mübarizə aparan təmsilçimiz rəqibinə 3:0 hesabı ilə qalib gələrək qızıl medal uğrunda döyüşdə iştirak hüququ qazanıb.

Kikboksçumuz final görüşünə iyulun 2-də çıxacaq.

Xatırladaq ki, idmançımız dörddəbir finaldakı qələbəsi ilə azı bürünc medalı təmin etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM