satellite   Azerspace-1: 11135 H 30000

Tanınmış futbolçu karyerasını başa vurub

Tanınmış futbolçu karyerasını başa vurub

İspaniya millisinin sabiq futbolçusu Sesk Fabreqas peşəkar karyerasını başa vurub.

Naxçıvan televiziyası-ın məlumatına görə, 36 yaşında futbolla vidalaşan yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabından etdiyi paylaşımla açıqlayıb.

"Bu xəbəri böyük kədərlə elan edirəm. Fərqli klublarda keçirdiyim hər gün mənim üçün dəyərlidir. Bu, heç vaxt unuda bilməyəcəyim bir səyahət idi. Mənə kömək edən hər kəsə, bütün ailəmə təşəkkür edirəm", - Fabreqas yazıb.

Qeyd edək ki, Sesk Fabreqas karyerası ərzində İspaniyanın "Barselona", İngiltərənin "Arsenal" və "Çelsi", Fransanın "Monako" və İtaliyanın "Komo" komandalarında çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM