satellite   Azerspace-1: 11135 H 30000

Braziliya millisinin baş məşqçisi açıqlanıb

Braziliya millisinin baş məşqçisi açıqlanıb

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi bəlli olub.

Naxçıvan televiziyası Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Fernando Dinizə tapşırılıb.

49 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilmiş Titeni əvəzləyib.

"Fluminense" klubunun da baş məşqçisi olan Fernando Diniz oradakı vəzifəsinə də davam edəcək.

Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges açıqlamasında 2024-cü ildə komandaya İspaniya "Real Madrid"ində çalışan Karlo Ançelottinin rəhbərlik edəcəyini söyləyib. O, italiyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacağını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM