satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın rəqibləri bəlli olub

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün püşkü atılıb.

Naxçıvan televiziyası xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçisi "Araz-Naxçıvan"ın da rəqibləri müəyyənləşib.

Mübarizəyə ilkin mərhələdən başlayacaq son ölkə çempionu Latviyanın "Riqa", Almaniyanın "Yan Regensburq" və Türkiyənin "İstanbul Şişli" komandaları ilə birlikdə A qrupunda yer alacaq.

Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM