satellite   Azerspace-1: 11135 H 30000

"Real Madrid" Arda Gülerin transferini açıqlayıb - YENİLƏNİB

"Real Madrid" Arda Gülerin transferini açıqlayıb <font color='red'> - YENİLƏNİB</font>

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Arda Güleri İspaniya "Real Madrid"inə satıb.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin transferi üçün "kral klubu" ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

İddiaya görə, madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbağça"nın hesabına köçürüləcək. Bundan başqa, "bülbüllər" futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Yarımmüdafiəçi bu gün xüsusi təyyara ilə İspaniyaya yola düşüb. Onunla 6 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Gənclərbirliyi" komandasının yetirməsi olan Arda Güler 2019-cu ildən "Fənərbağça"da çıxış edirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM