satellite   Azerspace-1: 11135 H 30000

Gənc atlet Əmrah Nağıyevin uğurları günü-gündən artır - FOTOLAR

Gənc atlet Əmrah Nağıyevin uğurları günü-gündən artır<font color=red> - FOTOLAR</font> Gənc atlet Əmrah Nağıyevin uğurları günü-gündən artır<font color=red> - FOTOLAR</font> Gənc atlet Əmrah Nağıyevin uğurları günü-gündən artır<font color=red> - FOTOLAR</font>

8 ildən çoxdur ki, atletikanın qaçış növü ilə məşğul olan Əmrah Nağıyev iştirak etdiyi bir çox ölkəsəviyyəli yarışların və beynəlxalq turnirlərin qalib və mükafatçısıdır. Naxçıvan televiziyası xəbər verir ki, ümumilikdə 48 qızıl, 19 gümüş və 10 bürünc medalın sahibi olan Əmrah tək 2023-cü ilin 6 ayı ərzində keçirilən yarış və turnirlərdə 10 qızıl və 2 gümüş medal qazanıb.

Hədəfi daha böyük yarışlara, çempionatlara qatılmaq olan idmançı Bakı, İstanbul, Antalya, İzmir, Trabzon, Mersin və Tbilisidə keçirilən beynəlxalq marafonlarda iştirak edərək müvəffəqiyyətə nail olub. Həmçinin o, Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 25-ci və 26-cı beynəlxalq turnirin 3 qat qalibidir.

Qeyd edək ki, hazırda aktiv idman karyerası ilə yanaşı, həm də məşqçilik fəaliyyəti də göstərən Əmrah Nağıyev 2020-ci ildə “idman ustası” fəxri adına layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM