satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində yeddi pillə irəliləyib

“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində yeddi pillə irəliləyib

Avropanın top futbol klublarının yeni reytinq cədvəli açıqlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, siyahıda 415 klub yer alıb.

Reytinq cədvəlində Azərbaycanın 4 klubu qərarlaşıb.

Yalnız “Qarabağ” “Top-100”də yer alıb. Azərbaycan çempionu 192 xalla qitədə 74-cü pillədədir. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə yeddi pillə irəliləyiblər.

Hesabında 37 xal olan “Neftçi” 10 pillə geriləyib. Bakı təmsilçisi 228-cidir.

Avrokuboklarda debüt edəcək “Sabah” 20 xalla 255-ci sırada qərarlaşıb. “Qəbələ” 5 xalla 357-cidir. Azərbaycan kubokunun qalibi 6 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya 2147 xala malik “Real” başçılıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM