satellite   Azerspace-1: 11135 H 30000

“Masters” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

“Masters” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Avqustun 4-6-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək “Masters” turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Naxçıvan televiziyası Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla bildirir ki, ilkin siyahıda 12 idmançının adı göstərilib.

Kişilərin yarışında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tçkayev (81 kq), Murad Fətiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Camal Qamzatxanov və Uşangi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınların mübarizəsində isə Gültac Məmmədəliyeva (52 kq) gücünü sınayacaq.

Qeyd edək ki, turnirdə 40 ölkədən 257 cüdoçu birincilik uğrunda mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM