2026-cı il futbol üzrə dünya çempionatının final oyunu Dallasdakı (Texas, ABŞ) stadionda keçiriləcək.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Final oyunu Milli Futbol Liqasının (NFL) "Dallas Cowboys" klubunun AT&T stadiumunda keçiriləcək. Arenanın maksimal tutumu 105 min tamaşaçıdır. Stadion 2009-cu ildə istifadəyə verilib.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Final iyulun 19-da baş tutacaq.
