satellite   Azerspace-1: 11135 H 30000

Asiya Kuboku: Səudiyyə Ərəbistanı millisi pley-offa vəsiqə qazanıb

Asiya Kuboku: Səudiyyə Ərəbistanı millisi pley-offa vəsiqə qazanıb

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, ötən gün F qrupunda iki oyun keçirilib.

Səudiyyə Ərəbistanı millisi Qırğızıstanı 2:0 hesabı ilə məğlub edərək, turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Oman və Tailand yığmaları arasındakı görüş isə qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM