satellite   Azerspace-1: 11135 H 30000

Üç dəfə olimpiadada iştirak etmiş idmançı dopinqə görə cəzalandırılıb

Üç dəfə olimpiadada iştirak etmiş idmançı dopinqə görə cəzalandırılıb

Üç dəfə olimpiadada iştirak etmiş rusiyalı bobsleyçi Anastasiya Tambovtseva dopinq qəbul etdiyi üçün cəzalandırılıb.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, Beynəlxalq Bobsley və Skeleton Federasiyası (IBSF) antidopinq qaydalarını pozan 41 yaşlı idmançını iki illik diskvalifikasiya edib.

O, 2025-ci il oktyabrın 2-dək yarışlara qatıla bilməyəcək. Tambovtsevanın qanında qadağan olunmuş maddə aşkarlanıb. Bobsleyçi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etsə də, rədd cavabı alıb.

Qeyd edək ki, Anastasiya Tambovtseva 2002, 2006 və 2010-cu illərdə Rusiya millisinin heyətində Qış Olimpiya Oyunlarında iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM