satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Premyer Liqası: turun ikinci oyununda da qol vurulmayıb

Azərbaycan Premyer Liqası: turun ikinci oyununda da qol vurulmayıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyununda qol vurulmayıb.

Naxçıvan televiziyası xəbər verir ki, günün ilk matçı Bakıda baş tutub.

"ASCO Arena"da "Səbail" "Zirə"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Meydan sahibləri 27 xalla 3-4-cü yerləri bölüşdürür. Qonaqlar isə 30 xalla ikinci sıradadır.

Qeyd edək ki, günün digər görüşündə "Kəpəz" "Turan Tovuz"la görüşəcək. Ötən gün "Sabah" - "Neftçi" matçında qolsuz heç-heçə qeydə alınıb. Turun "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları yanvarın 23-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM