satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan”ın bombardiri “Qarabağ”la oyuna hazırdır

“Araz-Naxçıvan”ın bombardiri “Qarabağ”la oyuna hazırdır

“Araz-Naxçıvan”ın bombardiri Orxan Əliyev “Qarabağ”a qarşı Azərbaycan Premyer Liqasının XIX turunun oyununa hazırdır.

Naxçıvan televiziyası-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, mövsümün ilk yarısında 5 qol vuran hücumçu zədəsini sağaldaraq, qarşılaşma öncəsi son məşqdə kollektivlə birgə hazırlıq keçib.

Əvəzində İsmail Azzaui həkim nəzarətində müalicəsini davam etdirir. O, növbəti görüşü buraxacaq. Belçikalı yarımmüdafiəçi ilə yanaşı, braziliyalı orta sahə oyunçusu Vanderson Melo cəzalı olduğu üçün liderlə görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyunu saat 19:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM