satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanılıb

NTV  xəbər verir ki, Babək Rayon Polis İdarəsi və Ordubad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən A.İbrahimov və H.Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı həmin şəxslərin idarə etdikləri avtomobildən, eləcə də yaşayış ünvanlarından müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər barəsində inzibati protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM