satellite   Azerspace-1: 11135 H 30000

İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi İslam İnkişaf Bankı ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı (İİB) arasında Azərbaycan üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsinin hazırlanmasına dair Anlaşma Memorandumu imzalanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, sənəd Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə videokonfrans formatında imzalanıb:

“Anlaşma Memorandumunun icrası tərəflər arasında əməkdaşlığın və ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri istiqamətində birgə fəaliyyətin gücləndirilməsinə töhfə verəcək. Həmçinin görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin gündəliyində yer alan məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM