satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 dəfə artıb

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 5 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 1 fevral 2024-cü il tarixədək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 2.940 ədəd olub.

Bu barədə Naxçıvan televiziyası-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Cari ilin yanvar ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28,6 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat və ya 5,1 dəfə çoxdur

1 fevral 2024-cü il tarixə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 987,6 min manatdan çox, təkcə yanvar ayında isə 130,4 min manat ƏDV məbləği geri qaytarılıb.  Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında istehlakçılara qaytarılan məbləğ 6,2 dəfə artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM