satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergidə könüllü fəaliyyətə dair növbəti mərhələ elan olunub

Naxçıvanda vergidə könüllü fəaliyyətə dair növbəti mərhələ elan olunub

“Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları”na uyğun olaraq Naxçıvanda vergi orqanlarında könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı növbəti mərhələ elan olunub.

Bu barədə Naxçıvan televiziyası-a Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərəcək vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün 1 mart 2024-cü il tarixinədək quruma müraciət edə bilərlər.

Müraciətlərin araşdırılması və könüllülərin seçilməsi müəyyən edilmiş ehtiyaclara və müraciət edənlərin faktiki yaşadıqları ünvana uyğun aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM