satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan "Wind Europe" ilə külək enerjisi sahəsi üzrə Anlaşma Memorandumu imzalayacaq

Azərbaycan "Wind Europe" ilə külək enerjisi sahəsi üzrə Anlaşma Memorandumu imzalayacaq

Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası "Wind Europe" arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.

Naxçıvan televiziyası xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında baş tutacaq. İmzalanmada Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson iştirak edəcək.

İclasda, həmçinin Energetika Nazirliyi ilə İspaniyanın “Elecnor” şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun da imzalanması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM