İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçib

"Baker Tilly Audit Azərbaycan" QSC İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi xidməti ilə bağlı kotirovka sorğusunun qalibi olub.

NTV dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu xidmətlərin göstəriilməsi üçün "Baker Tilly Audit Azərbaycan"a 38 940 manat ödəniləcək.

Xatırladaq ki, İZİA-nın 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı elan etdiyi kotirovka sorğusunun qalibi də “Baker Tilly Audit Azərbaycan" QSC olub və ona 34 220 manat ödənilib.

 

 

Xəbər lenti
Tramp Qətərə gəlib

16:22 14.05.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM