satellite   Azerspace-1: 11135 H 30000

Muxtar respublikada 84 milyon 463 min manatlıq sənaye məhsulu istehsal edilib

Muxtar respublikada 84 milyon 463 min manatlıq sənaye məhsulu istehsal edilib

Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 84 milyon 463 min 100 manatlıq sənaye məhsulu istehsal edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən NTV-yə bildirilib ki, bu, 2025-ci ilin müvafiq dövründəki göstəricidən 17,8 faiz çoxdur.

Sənaye məhsulunun 68 milyon 227 min 700 manatı və ya 80,8 faizi malların, 16 milyon 235 min 400 manatı və ya 19,2 faizi isə xidmətlərin payına düşüb. Məhsulunun 76,5 faizi emal, 21,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM