satellite   Azerspace-1: 11135 H 30000

Şuşanın şəhərdaxili içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması nəzərdə tutulur

Şuşanın şəhərdaxili içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması nəzərdə tutulur

Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 ədəd mərkəzi anbarın tikintisinə də başlanılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb, bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq.

Şöbə rəisi qeyd edib ki, növbəti mərhələdə şəhərdaxili içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması, tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM