satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Naxçıvanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 59,9 milyon manat təşkil edib.

Naxçıvan televiziyası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,4 % artaraq 16,6 milyon manat olub.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 16,9 % artaraq 1,5 milyon manata, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 11,9 % artaraq 9,3 milyon manata çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM