satellite   Azerspace-1: 11135 H 30000

Dünya Bankı: Azərbaycanda adambaşına düşən gəlir 2050-ci ilə qədər 40 faiz arta bilər

Dünya Bankı: Azərbaycanda adambaşına düşən gəlir 2050-ci ilə qədər 40 faiz arta bilər

Bakıda İqtisadiyyat Nazirliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə "Qlobal və iqtisadi yavaşlamanın Azərbaycana təsiri" adlı hesabatın təqdimatı keçirilir.

Naxçıvan televiziyası xəbər verir ki, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl tədbirdə mövcud vəziyyətdə ölkəmiz üçün daha optimist imkanların olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda adambaşına düşən gəlir 2050-ci ilə qədər ölkənin indiki inkişaf sürəti ilə müqayisədə azı 40 faiz, hətta daha çox arta bilər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov vurğulayıb ki, orta və uzunmüddətli perspektivdə qlobal və daxili mühitdən irəli gələn yeni çağırışların həlli, ölkə iqtisadiyyatının daha sürətli şaxələndirilməsi və davamlı iqtisadi artımın təmin edilməsi məqsədilə Azərbaycanda 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası qəbul edilib və icrasına başlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM