satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 22 % azaldılıb

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 22 % azaldılıb

Azərbaycanda 2023-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 450 manat/ton olaraq müəyyənləşib.

Naxçıvan televiziyası Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 130 manat və yaxud 22,4 % azdır.

Nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanının icrası istiqamətində işlər davam etdirilir. Fərmana əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödəniləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM