satellite   Azerspace-1: 11135 H 30000

Dövlət satınalmaları ilə bağlı yeni qaydalar müəyyənləşdirilir və tətbiq dairəsi genişləndirilir

 Dövlət satınalmaları ilə bağlı yeni qaydalar müəyyənləşdirilir və tətbiq dairəsi genişləndirilir

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, dövlət satınalmaları ilə bağlı yeni qaydalarla bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Naxçıvan televiziyası xəbər verir ki, “Dövlət satınalmaları haqqında” qanun layihəsi Milli Məclisin iyunun 24-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

59 maddə, 10 fəsildən ibarət olan qanun layihəsinə əsasən, qanunvericiliyə avans təminatı, benefisiar mülkiyyətçi, çərçivə sazişi, qarant, icra təminatı, dövlət satınalmalarının vahid internet portalı və digər yeni anlayışlar daxil edilir.

Bu Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM