satellite   Azerspace-1: 11135 H 30000

Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclası keçirilib

Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclası keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı yaradılmış İşçi Qrupun 15-ci iclası keçirilib.

Nazirlikdən Naxçıvan televiziyası-a bildirilib ki, iclasda İşçi Qrupun sədri Alparslan Acarsoy tədbirin Azərbaycanın ÜTT-yə üzvlük prosesinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.

İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın dayanıqlı iqtisadi artımı, ölkəmizin sosial-iqtisadi prioritetləri, ticarət sahəsinin inkişafı, beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik sahəsində aparılan islahatlar, biznes mühitinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, ÜTT-yə üzvlük məqsədilə görülən işlər barədə məlumat verib.

Tədbirdə İşçi Qrupun hesabat layihəsinin müzakirəsi aparılıb. ÜTT üzvü olan ölkələrin nümayəndələri sənədin müvafiq bəndləri üzrə rəylərini bildirib, onların bu barədə sualları cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM