satellite   Azerspace-1: 11135 H 30000

Sahibkarların iştirakı ilə tədbir keçirilib - FOTOLAR

Sahibkarların iştirakı ilə tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Sahibkarların iştirakı ilə tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası ötən ilin yekunları və qarşıda duran məsələlərin müzakirəsinə dair iclas keçirib.

Naxçıvan Biznes Mərkəzində keçirilən iclasda muxtar respublikada fəaliyyət göstərən sahibkarlar iştirak edib.

İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov ötən ildə görülən işlər və cari ildə qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, ötən il sahibkarlığın inkişafı, azad sahibkarlıq mühitinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən Naxçıvan Muxtar Respublikasının azad iqtisadi zonaya çevrilməsi bu imkanları daha da genişləndirəcək.

Qeyd edilib ki, 2024-cü ildə muxtar respublikanın 100 illik yubileyi qeyd ediləcək.

Sonda mövzular ətrafında müzakirələr aparılıb və təkliflər dinlənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM