satellite   Azerspace-1: 11135 H 30000

Respublika Uşaq Kitabxanası Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar virtual sərgi hazırlayıb

Respublika Uşaq Kitabxanası Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar virtual sərgi hazırlayıb

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası “Naxçıvan Muxtar Respublikası – 100” adlı videomaterial tərtib edib.

Kitabxanadan Naxçıvan televiziyası-a bildirilib ki, məlumat-biblioqrafiya şöbəsi tərəfindən hazırlanan materiallarda Naxçıvan haqqında 18 adda kitab və dövri mətbuat materialları yer alıb.

Oxuculara virtual formatda təqdim olunan görüntülərdə Naxçıvanın tanınmış şəxsiyyətləri, tarixi abidələri və digər məlumatlar öz əksini tapıb.

Naxçıvan Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvanın əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə öz töhfələrini verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM