satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilib - FOTOLAR

Naxçıvanda faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilib. Nazirlikdən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə baş tutan konsertdə ifaçını Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri, fortepianoda  Beynəlxalq müsabiqələr laureat Aynur Abdullayeva və Respublika müsabiqələr laureatı Nilufər Əliyeva müşayiət edib. Orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanovdur.

Musiqili gecədə təqdim olunan V.A.Motsartın, F.Listin, M. Qlinkanın, A.Vivaldinin əsərləri tamaşaçılarda xoş ovqat yaradıb.

Konsert Asəf Zeynallının  “Ölkəm” romansının ifa edilməsi ilə sona çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM