satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Qırğızıstanın təbiət qoruqlarını 270 mindən çox turist ziyarət edib

Ötən il Qırğızıstanın təbiət qoruqlarını 270 mindən çox turist ziyarət edib

2025-ci ildə Qırğızıstanın dövlət qoruqlarını və təbiət parklarını 271 min 254 nəfər ziyarət edib.

NTV Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, ekoturizm sektorundan daxil olan vəsait əvvəlki ilə nisbətən artaraq 37,7 milyon soma çatıb. Bu, ekoloji marşrutlara marağın 24 faiz artdığını göstərir.

Ziyarətçilərin əksəriyyəti yerli turistlər olsa da, MDB və onun hüdudlarından kənar turistlərin sayı da artmaqdadır. Gəlirlərin artımı tarif siyasətinin optimallaşdırılması və ödəniş sistemlərinin təkmilləşdirilməsi ilə izah olunur.

Bununla yanaşı, ətraf mühitin qorunmasına nəzarət gücləndirilib: il ərzində 139 qanun pozuntusu aşkar edilib. Təbiətə 1,1 milyon som ziyan dəyib, pozuntuların 70 faizi floraya ziyanla bağlıdır. Cərimələrin yığılması məhkəmə və inzibati prosedurlar vasitəsilə davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
İlber Ortaylı vəfat edib

16:51 13.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM