satellite   Azerspace-1: 11135 H 30000

Filarmoniya kollektivi Şərurda konsert proqramı təşkil edib - FOTOLAR

Filarmoniya kollektivi Şərurda konsert proqramı təşkil edib<font color=red> - FOTOLAR</font> Filarmoniya kollektivi Şərurda konsert proqramı təşkil edib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri “Heydər Əliyev İli” tədbirləri çərçivəsində konsert proqramlarını davam etdirir. Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, növbəti konsert proqramı Şərur rayonunda təşkil edilib.

Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən konsert proqramında 12 müxtəlif mahnı və təsnif səsləndirilib, rəqs nümunələri təqdim edilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsert proqramında daha sonra ifa olunan bəstəkar Tofiq Quliyevin “Azərbaycana gəlsin” mahnısı maraqla qarşılanıb.

Konsert proqramında ifa edilən “Döyüşçülər” və “Qızların rəqsi”, “Xalq Heydər deyəcək”, “Azərbaycan”, “Zəfər himni” və digər mahnılar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Məhəmməd Fərəcov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM