satellite   Azerspace-1: 11135 H 30000

Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür

Zəngəzur Milli Parkının yaradılmasından 20 il ötür

İyunun 16-sı akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması günüdür.

Naxçıvan televiziyası xəbər verir ki, ölkəmizin ilk milli parkı sayılan Zəngəzur Milli Parkı düz 20 il bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə yaradılıb.

Kiçik Qafqazda - Naxçıvan Muxtar Respublikasında yerləşən milli parkın sahəsi 42 797,4 hektardır. Landşaftı dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlardan ibarətdir. Rast gəlinən bitki növləri çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və s., heyvan növləri isə Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berket, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək, Suriya sarımsaqlı qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM