satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda ilk müstəqil teatr fəaliyyətə başlayıb - FOTOLAR

Naxçıvanda ilk müstəqil teatr fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda ilk müstəqil teatr fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda ilk müstəqil teatr fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda ilk müstəqil teatr fəaliyyətə başlayıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, Naxçıvanda “Yeni era” adlı müstəqil uşaq və gənclər teatrı yaradılıb. Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Səyyad Məmmədovun təşəbbüsü ilə yaradılan yeni teatr uşaq və yeniyetmələr üçün rəngarəng tamaşalar hazırlamaqla onların zövq və dünyagörüşünü daha da zənginləşdirmək, yeni teatr forma və metodlarını tətbiq etmək missiyasını öz üzərinə götürüb. Yeni kollektivin tərkibində aktyor truppası, rejissor və rəssamlardan ibarət heyət də formalaşdırılıb.

Teatrın kollektivi interaktiv uşaq tamaşaları, şou-tamaşalar və monotamaşalardan ibarət repertuar planı da qurub. Daha çox xalq nağılları və uşaqların sevdiyi çizgi filmlərinin səhnəyə gətirilməsi nəzərdə tutulur.

Artıq bir neçə səhnə həllini təqdim edən heyət bu günlərdə uşaqlar üçün “Animation Show” tamaşasını, böyüklər üçün Əli Əmirlinin “Bala başa bəla” ikihissəli epotaj komediyasını təqdim  edib. Uşaqlarla yanaşı, onların valideynlərinin də marağına səbəb olan “Animation Show” tamaşasını ümumilikdə 700-dən artıq teatrsevər izləyib.

 

Sevgili Mustafazadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM