“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam etdirilir.
NTV xəbər verir ki, növbəti mərhələdə 39 Hindistan vətəndaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.
Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurlardan keçdikdən sonra təhlükəsiz şəkildə ölkə ərazisinə buraxılıblar.
Qeyd edək ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.
